- 04 Feb 2024
Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və ATGTİ-nin təşkilatçılığı ilə Bakı Gənclər Mərkəzində “Tələbə Gənclər Təşkilatlarının Respublika Forumu 2024” adlı tədbir keçirilib.
Tədbir öz işinə ATGTİ, Gənclər Təşkilatlarının nümayəndələri, TGT sədrləri və fəallarının iştirakı ilə dövlət gənclər siyasətinin qurucusu Ümummilli Lider Heydər Əliyevin məzarı və Şəhidlər Xiyabanına ziyarətlə öz işinə başlayıb.
Açılış nitqi ilə ATGTİ-nin sədri Pərviz Mirələmli çıxış edərək əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətinin əhəmiyyəti, bu günə qədər gənclərlə bağlı görülən işlər haqqında danışıb. İttifaqın baş katibi Rəşad Zeynalov və proqram meneceri Fidan Həsənova tərəfindən İttifaqın 2023-cü il üzrə hesabatı təqdim olunub, həmçinin TGT-lərin və tələbə klublarının üzləşdiyi çətinliklər müzakirə edilib və onların təklifləri dinlənilib.
Ardınca Gənclər Fondunun icraçı direktorunun müavini Orxan Ərəbov, Azərbaycan Respublikası Elm və Təhsil nazirinin müşaviri Nicat Məmmədli, BAAU-nun Elmi işlər üzrə prorektoru professor Gülzar İbrahimova, UNEC-in Tələbələrlə iş üzrə prorektoru dosent Səadət Qəndilova, AzMİU-nun Sosial məsələlər və İctimaiyyətlə əlaqələr üzrə prorektoru Orxan Naqdiyev, ADU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru dosent Jalə Qəribovanın iştirakı ilə “Tələbə Gənclər Təşkilatlarının təhsil müəssisəsi daxili administrativ və xidməti fəaliyyətlərə cəlbi və bu proseslərdə rolu” mövzusunda panel görüş baş tutub.
Tədbirin yekun hissəsində isə mükafatlanma mərasiminə keçid edilib. Bu mərhələ isə Bakı Avrasiya Universiteti Tələbə Gənclər Təşkilatı “İlin Tələbə Gənclər Təşkilatı” (Fidan Əzizova), Bakı Avrasiya Universitetinin Tələbə Gənclər Təşkilatının nəznində olan Aktyorluq klubu “İlin Tələbə Klubu” (Zəhra Mənsumzadə) və Bakı Avrasiya Universiteti Tələbə Gənclər Təşkilatının İdarə Heyətinin üzvü Hünər Alxanov isə “İlin TGT Nümayəndəsi” nominasiyalarına layiq görülüb.