Xəbərlər

Beynəlxalq Gənclər Gününə həsr olunmuş “ECO-Fest” adlı ekoloji festival uğurla başa çatdı

Beynəlxalq Gənclər Gününə həsr olunmuş “ECO-Fest” adlı ekoloji festival uğurla başa çatdı
  • 13 Aug 2023

12 Avqust Beynəlxalq Gənclər Gününə həsr olunmuş “ECO-Fest” adlı ekoloji festival uğurla başa çatdı.

Festival Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı ilə baş tutmuşdur. Festivalın ərsəyə gəlməsində ölkənin ali və orta ixtisas təhsil müəssisəsində fəaliyyət göstərən 26 Tələbə Gənclər Təşkilatının 2000-dən artıq aktiv üzvünün iştirakı ilə 15,000-dən çox plastik butulka yığılmış və dənizkənarı bulvarda “Eco-Qala” konseptində qala hazırlanmışdır. Eləcə də Bakı Avrasiya Universitetinin Tələbə Gənclər Təşkilatı bu festivalda fəallığı ilə seçilmişdir.

Onu da vurğulamaq lazımdır ki, bu il Beynəlxalq Gənclər Günü “Gənclər üçün ekoloji bacarıqlar: dayanıqlı dünyaya doğru” şüarı ilə qeyd olunur.

Digər Xəbərlər