Xəbərlər

Beynəlxalq Tərcümə gününə həsr olunmuş tədbir

Beynəlxalq Tərcümə gününə həsr olunmuş tədbir
  • 02 Oct 2022

Bakı Avrasiya Universitetinin Filologiya fakültəsi nəznində Tərcümə kafedrasında 30 sentyabr Beynəlxalq Tərcümə gününə həsr olunmuş tədbir keçirilib.Tədbirdə universitet rəhbərliyi, Tədris işləri üzrə prorektor, dosent Nigar Hüseynova, Tədrisin təşkili departamentinin rəhbəri professor Mənsim Məmmədov, Filologiya fakültəsinin dekanı, ərəb dili ixtisası üzrə müəllim, dosent  Salman Süleymanov, Tərcümə kafedrasının müdiri dosent Sevda Rzayeva çıxış ediblər. Onlar öz dəyərli fikirlərini, təcrübələrini kafedranın əməkdaşları və tələbələrlə bölüşüblər. 

Xüsusi vurğulanmalıdır ki, BAAU Tərcümə kafedrasının məzunlarının sədaları həm xarici ölkələrdən, həm də respublikamızda fəaliyyət göstərən xarici şirkətlərdən, səfirliklərdən, nazirliklərdən və digər müəssisələrdən gəlir.

Digər Xəbərlər