Xəbərlər

Çankırı Karatekin Universitetinin nümayəndə heyəti Bakı Avrasiya Universitetində səfərdədir

Çankırı Karatekin Universitetinin nümayəndə heyəti Bakı Avrasiya Universitetində səfərdədir
  • 13 Oct 2025

Bakı Avrasiya Universitetində (BAAU) Türkiyənin Çankırı Karatekin Universitetinin nümayəndə heyətinin rəsmi səfəri başlayıb. Beş nəfərlik nümayəndə heyətinin bir həftə davam edəcək səfərinin əsas məqsədi iki ali təhsil müəssisəsi arasında təcrübə mübadiləsi aparmaq və əməkdaşlıq imkanlarını genişləndirməkdir.

Səfər çərçivəsində nümayəndə heyəti BAAU-nun Tədris işləri üzrə prorektoru Nigar Hüseynova, Beynəlxalq əlaqələr üzrə prorektoru Sevda Rzayeva, Tədrisin təşkili departamentinin rəhbəri Natella Quliyeva və Beynəlxalq əlaqələr və layihələrin idarəedilməsi departamentinin rəhbəri Aygül Əhmədova ilə görüşüblər.

Səmimi və işgüzar şəraitdə keçirilən görüş zamanı tərəflər qarşılıqlı əməkdaşlığın genişləndirilməsi, ortaq layihələrin icrası, akademik mobillik proqramları və təcrübə mübadiləsi istiqamətləri üzrə fikir mübadiləsi aparıblar.

Nümayəndə heyətinin səfər proqramına universitetin fakültə dekanları və kafedra müdirləri ilə görüşlərin keçirilməsi də daxildir.

Bu səfərin BAAU ilə Çankırı Karatekin Universiteti arasında əməkdaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə töhfə verəcəyi gözlənilir.

Digər Xəbərlər