Xəbərlər

Daşkənddə “Tərcüməşünaslıq: çağırışlar və perspektivlər(yeni üfüqlər)V Beynəlxalq konfransın açılışı olub.

Daşkənddə “Tərcüməşünaslıq: çağırışlar və perspektivlər(yeni üfüqlər)V Beynəlxalq konfransın açılışı olub.
  • 21 Feb 2024

Daşkənddə “Tərcüməşünaslıq: çağırışlar və perspektivlər(yeni üfüqlər) V Beynəlxalq konfransın açılışı olub.

20 fevral 2024-cü il tarixində Özbəkistanın paytaxtı Daşkənddə Dəqiq və Sosial Elmlər Universiteti (Özbəkistan), Naxçıvan Dövlət Universiteti (Azərbaycan) və Bakı Avrasiya Universitetinin birgə təşkilatçılığı ilə “Tərcüməşünaslıq: çağırışlar və perspektivlər (yeni üfüqlər)” adlı V Beynəlxalq Konfransın açılış mərasimi keçirilib. Açılış mərasimində konfransın sədri İpək Yolu Araşdırmalar Akademiyasının prezidenti Dr. Əzəmət Əkbərov qonaqları salamlayaraq konfrans mövzusunun günümüzdə Türk Birliyi üçün əhəmiyyətindən danışıb və konfransın işinə uğurlar arzulayıb.

“Dillərarası və mədəni davamlılıq: problemlər və yeni yollar” adlı plenar iclas Naxçıvan Dövlət Universiteti rektoru t.ü.f.d., dos. Elbrus İsayev, Namanqan Dövlət Xarici Dillər İnstitutunun rektoru ped.e.ü.f.d. Rivojiddin Kərimov, Bakı Avrasiya Universitetinin elmi işlər üzrə prorektoru s.e.d., prof. Gülzar İbrahimova, Özbəkistan Britaniya Şurasının direktor müavini Cəmilə Gülyamovanın məruzələri ilə davam etmişdir.

Ümumilikdə, Konfransda 4 ölkədən 14 bölmə üzrə 42 məruzə dinlənilib.

Daşkənddə “Tərcüməşünaslıq: çağırışlar və perspektivlər(yeni üfüqlər)V Beynəlxalq konfransın açılışı olub.

Digər Xəbərlər