Xəbərlər

Ədalət Tahirzadənin elmi-pedaqoji fəaliyyətinin 30 illiyinə həsr edilmiş tədbir keçirilib

Ədalət Tahirzadənin elmi-pedaqoji fəaliyyətinin 30 illiyinə həsr edilmiş tədbir keçirilib
  • 04 Dec 2023

“Nəzəri dilçilik və türk dilləri” kafedrasının professoru Ədalət Tahirzadənin elmi-pedaqoji fəaliyyətinin 30 illiyinə həsr edilmiş tədbir keçirilib.

Universitetin rektoru, professor Nazim Hüseynli Ədalət Tahirzadəni Bakı Avrasiya Universitetində 30 illik fəaliyyətini yüksək qimətləndirərək fəaliyyətindəki xidmətlərinə, o cümlədən Azərbaycan filologiyası və tarixinə verdiyi əvəzsiz töhfələrə görə təşəkkür edib..

Daha sonra tədbir universitetin professor-müəllim heyətinin və tələbələrinin iştirakı ilə konfrans zalında davam etdirilib. Tədbirdə çıxış edən Nəzəri dilçilik və türk dilləri kafedrasının müdiri dosent Zəminə Rüstəmbəyli, elmi işlər üzrə prorektoru Gülzar İbrahimovaya, Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müdiri professor Elmira Məmmədova-Kekeç, Filologiya fakültəsinin dekanı dosent Salman Süleymanov, Tədrisin təşkili departamentinin rəhbəri Natella Quliyeva, Regionşünaslıq və iqtisadiyyat fakültəsinin dekanı dosent Mütəllim Rəhimov, dosent Seyfəddin Altaylı, fil.ü.f.d. İlhamə Şıxıyeva, baş müəllim Çiçək Hüseynova və digərləri Ədalət müəllimə xoş arzularını bildirdilər, ölkəmizin müstəqillik yolunda bir vətəndaş, bir alim kimi xidmətlərindən və Azərbaycan elminə, təhsilinə verdiyi töhfələrdən geniş söz açıblar. Tədbirdə eyni zamanda “Çapar yayınları”nın təsisçisi Yusif İlhamoğlu və koordinatoru Türkan Əliyeva da söz alaraq xoş xatirələrini bölüşüblər.Daha sonra tələbələrin hazırladıqları Ədalət Tahirzadənin həyat və fəaliyyətindən bəhs edən slayd nümayiş etdirilib, hədiyyələr təqdim olunub və xatirə şəkilləri çəkdirilib.

Digər Xəbərlər