Xəbərlər

“Elmdə gender bərabərliyi” mövzusunda maarifləndirici və elmi-praktiki seminar keçirilib

“Elmdə gender bərabərliyi” mövzusunda maarifləndirici və elmi-praktiki seminar keçirilib
  • 03 Mar 2026

Bakı Avrasiya Universitetində (BAAU) “Sosial və siyasi fənlər” kafedrasının təşkilatçılığı və “Sosial iş” ixtisasının müəllimləri Nəzrin Bayramzadə, Əfsanə Muradlı,  Afaq Nəzərova və Aysu Nəzərin iştirakı ilə “Elmdə gender bərabərliyi” mövzusunda maarifləndirici və elmi-praktiki seminar təşkil olunub.

Seminar BAAU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Sevda Rzayevanın açılış nitqi ilə başlayıb. O, çıxış edərək gender bərabərliyinin müasir dövrdə ali təhsil müəssisələrinin prioritet istiqamətlərindən biri olduğunu vurğulayıb. Prorektor əlavə edib ki, elmdə qadınların iştirak səviyyəsinin artırılmasının innovativ inkişaf, sosial ədalət və dayanıqlı tərəqqi baxımından mühüm əhəmiyyət daşıyır.

Daha sonra “Sosial və siyasi fənlər” kafedrasının müdiri, dosent Aybəniz Rüstəmova və “Ümumi fənlər” kafedrasının müdiri, dosent Sevil Bəhrəmova çıxış edərək mövzunun aktuallığından, gender bərabərliyinin cəmiyyətin demokratik inkişafında rolundan və ali təhsil mühitində inklüzivliyin təmin olunmasının vacibliyindən bəhs ediblər. Çıxışlarda xüsusilə elmi fəaliyyətə cəlb olunan gənc qadınların sayının artırılması, stereotiplərin aradan qaldırılması və bərabər imkanların yaradılması məsələləri ön plana çəkilib.

Seminarda “Sosial iş” ixtisasının tələbələri fəal iştirak edərək təqdimat və müzakirələrdə aktiv mövqe nümayiş etdiriblər.

Seminarın gündəliyi çərçivəsində Nəzrin Bayramzadə, Əfsanə Muradlı, Afaq Nəzərova və IV kursun tələbəsi Xalidə Kazımova mövzu ətrafında çıxışlar ediblər.

Seminar zamanı mövzu ilə bağlı maarifləndirici videoçarx nümayiş olunub ki, bu da iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Seminarın sonunda Aysu Nəzər tərəfindən açıq diskussiya təşkil olunub. Tədbir interektiv şəkildə davam edib və iştirakçıların sualları cavablandırılıb.

Digər Xəbərlər