Xəbərlər

Fələstinli diplomat ərəbdilli tələbələrlə müzakirələr aparıb

Fələstinli diplomat ərəbdilli tələbələrlə müzakirələr aparıb
  • 20 Mar 2024

Bakı Avrasiya Universitetində Fələstin Dövlətinin Azərbaycan Respublikasındakı səfirliyinin nümayəndəsi xanım diplomat Mayar Rantisinin tələbələrlə görüşü keçirilib. BAAU-nun “Ərəbşünaslıq Mərkəzi”nin təşkilatçılığı ilə baş tutan tədbirdə ərəb dili üzrə ixtisaslaşan tələbələr iştirak ediblər.
Mayar Rantisi mədəni və mənəvi dəyərlərin mübadiləsi mövzusunda tələbələrə ərəb dilində mühazirə söyləmişdir. O, Fələstin, Ərəb və Azərbaycan mədəniyyətləri arasındakı oxşarlıqların miqyasına diqqət çəkmişdir. Azərbaycan və Ərəb xalqlarını birləşdirən ortaq məqamlara toxunan diplomat xanım, onun daha dərindən öyrənilməsi və təbliğinin zəruriliyini qeyd etmişdir. Daha sonra mövzu ilə bağlı tələbələrlə birgə müzakirələr təşkil edən M.Rantisi onların suallarını da cavablandırmışdır.

Digər Xəbərlər