Xəbərlər

FIBAA-nın nümayəndələri Bakı Avrasiya Universitetində olub

FIBAA-nın nümayəndələri Bakı Avrasiya Universitetində olub
  • 17 Dec 2024

Bakı Avrasiya Universitetində (BAAU) FIBAA (Foundation for International Business Administration Accreditation) nümayəndələri ilə beynəlxalq proqram akkreditasiyası üzrə əməkdaşlıq məsələləri müzakirə edilib. Görüşdə FIBAA-nın icraçı direktoru Diane Freiberger, beynəlxalq akkreditasiya prosedurları üzrə müavin Yuliia Bleshmudt, BAAU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Sevda Rzayeva və Keyfiyyət Təminatı Sektorunun müdiri Esmira Talıbova iştirak edib.
Görüşdə FIBAA-nın beynəlxalq təcrübələrinin tətbiqi və BAAU-nun təhsil proqramlarının beynəlxalq akkreditasiyaya hazırlanması istiqamətində geniş müzakirələr aparılıb. Bu əməkdaşlığın universitetin beynəlxalq səviyyədə tanınmasına və təhsil keyfiyyətinin daha da yüksəldilməsinə mühüm töhfə verə biləcəyi qənaətinə gəlinib.
Qeyd edək ki, FIBAA ali təhsilin akkreditasiyası və ekspertizası üzrə tanınmış beynəlxalq agentlikdir. 1994-cü ildə Almaniya, İsveçrə və Avstriyanın aparıcı ticarət və sənaye şirkətləri tərəfindən təsis edilən FIBAA, bu günə qədər Avropa və dünyanın bir sıra ölkələrində 1900-dən çox təhsil proqramını akkreditasiyadan keçirmişdir.

Digər Xəbərlər