- 01 Dec 2025
Bakı Avrasiya Universitetinin (BAAU) Elm, innovasiya və doktorantura sektoru ilə Ukraynanın Elmi Nəşrlər şirkətinin birgə təşkilatçılığı ilə elmi fəaliyyətin qiymətləndirilməsi və tədqiqatçıların beynəlxalq elmi mühitdə mövqelərinin gücləndirilməsi məqsədilə H-indeks və elmi göstəricilərin artırılması mövzusunda vebinar təşkil olunub. Vebinarda BAAU-nun professor – müəllim heyəti, doktornatları və magistrantları fəal iştirak etmişdir.
Vebinarın əsas məqsədi tədqiqatçıların elmi nəşr fəaliyyətinin səmərəliliyinin artırılması, beynəlxalq elmi əməkdaşlıqların təşviqi və elmi göstəricilərin yüksəldilməsi istiqamətində maarifləndirmənin gücləndirilməsi olub.
Vebinarın spikeri Elmmetriya və elmi nəşrlər sahəsində mütəxəssis Anastasiya Zueva olub. Çıxışı zamanı spiker H-indeks anlayışı, onun formalaşma mexanizmləri, beynəlxalq elmi əməkdaşlığın elmi göstəricilərə təsiri, eləcə də tədqiqatçıların elmi aktivliyinin artırılmasında rəqəmsal platformaların rolu barədə ətraflı məlumat verib.
Vebinar çərçivəsində həmçinin “Beynəlxalq əməkdaşlıq və həmmüəlliflik əsasında elmi nəşrlər, elmi göstəricilərin yüksəldilməsi yolları, alimlər üçün sosial şəbəkələr və elmi tətbiqlər” kimi mövzular da təqdim olunub.
Vebinar, iştirakçılar tərəfindən maraqla qarşılanıb, mövzu ətrafında interaktiv müzakirələr aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Vebinarda iştirak edənlərə təşkilatçılar tərəfindən sertivikat təqdim olunub.




