Xəbərlər

İnsan hüquqlarının müdafiəsinə dair tədbir keçirilib

İnsan hüquqlarının müdafiəsinə dair tədbir keçirilib
  • 15 Jun 2023

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə, Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 75 illiyinə və “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”nın təsdiq edilməsinin 25 illiyinə təsadüf edən ərəfədə Bakı Avrasiya Universitetinin “Humanitar fənlər və regionşünaslıq” kafedrasında tədbir keçirilib. Tədbirdə “Regionşünaslıq və iqtisadiyyat” fakültəsinin dekanı, dosent Mütəllim Rəhimov, Humanitar fənlər və regionşünaslıq” kafedrasının müdiri Aybəniz Rüstəmova, kafedra əməkdaşları, “İqtisadiyyat və idarəetmə” kafedrasını müdiri İlhamə Aslanova, Universitet tələbələri və əməkdaşları iştirak edib.

Ölkəmizdə insan hüquqları ilə bağlı dövlət və hökumət başçıları tərəfindən qəbul edilən sənədlər, onların əhəmiyyəti və digər hüquqi aktlardan danışan kafedranın dosenti Səyyad Məcidov insan hüquqları ilə bağlı nəzəri və praktiki məsələlər barədə geniş məlumat verib.

Tədbirdə həmçinin insan hüquqlarının yaranma tarixi, hüquqi status alması, beynəlxalq sənədlərdə təsbit edilməsi haqda geniş və maraqlı müzakirələr və fikir mübadiləsi aparılıb.

Digər Xəbərlər