Xəbərlər

IV Beynəlxalq Kıbrıs Türk Ədəbiyyatı və Ədəbiyyatçıları Simpoziumu keçirilib

IV Beynəlxalq Kıbrıs Türk Ədəbiyyatı və Ədəbiyyatçıları Simpoziumu keçirilib
  • 10 Nov 2022

Noyabr ayının 8-də İstanbulda Marmara Universiteti Türkiyyat Araşdırmaları İnstitutu, Quzey Kıbrıs Türk Kültür Dərnəyi, Kıbrıs Balkanlar Avrasiya Türk Ədəbiyyatları Qurumu, Kıbrıs Türk Ədəbiyyatı və Ədəbiyyatçıları Dərnəyi tərəfindən IV Beynəlxalq Kıbrıs Türk Ədəbiyyatı və Ədəbiyyatçıları Simpoziumu keçirilib.

Tədbirin açılışında alimlərin Türk mədəniyyəti və ədəbiyyatı sahələrində xidmətlərinə görə mükafatlandırılması mərasimi keçirilib. Türkiyədən prof.dr. İnci Enginün və prof.dr. Bilge Ercilasun, Polşadan prof.dr. Grazyna Zajac, Azərbaycandan Elmira Məmmədova-Kekeç qeyd olunan mükafatlara layiq görülüblər. Mükafatı KIBATEK-in fəxri başqanı İsmail Bozkurt təqdim etdi.

Mərmərə Universitetində təşkil olunan və iki gün davam edən simpoziumda Kıbrıs-Türk ədəbiyyatı, dili, folkloru, tarixi ilə bağlı məruzələr dinlənilib.

Digər Xəbərlər