- 09 Apr 2024
Bakı Avrasiya Universitetində 8 aprel 2024-cü il tarixində IV Qarabağ Beynəlxalq Elmi Araşdırmalar Konfransı öz işinə başlayıb
8 aprel 2024-cü il tarixində Türkiyə Respublikasının İqtisadi İnkişaf və Sosial Araşdırmalar İnstitutu, Bakı Avrasiya Universiteti və Nijniy Novqorod Dövlət Universitetinin birgə təşkilatçılığı ilə Türkiyə, Azərbaycan, Rusiya, İngiltərə və Rumıniyadan olan tədqiqatçıların iştirak etdiyi “IV Qarabağ Beynəlxalq Elmi Araşdırmalar” Konfransının Bakı Avrasiya Universitetində onlayn və üz-üzə açılış mərasimi keçirilib. Konfransın açılış mərasimində İqtisadi İnkişaf və Sosial Araşdırmalar İnstitutunun direktoru Dr. Mustafa Lətif Əmək, Bakı Avrasiya Universitetinin elmi işlər üzrə prorektoru, prof. Gülzar İbrahimova və Nijniy Novqorod Dövlət Universiteti Pavlov filialının direktoru dos.Yaqunova Natalya Aleksandrovna çıxış ediblər.
Konfransa təqdim olunan məruzələr beynəlxalq ictimaiyyəti 44 günlük Vətən müharibəsindən sonra Qarabağda baş verən əsaslı dəyişikliklərlə məlumatlandırmaq, regionda davam edən mövcud prosesləri, eləcə də qlobal aktorların bölgədəki maraqlarını təhlil etmək, proqnozlaşdırmaq və s. bu kimi mühüm məsələləri özündə əks etdirib. Konfrans 2 gün davam edəcək.