- 13 May 2024
BAAU-nun “Regionşünaslıq və iqtisadiyyat” fakültəsinin “İqtisadiyyat” kafedrası tələbələrinin karyera planlaması bacarıqlarına yiyələnməsi məqsədilə növbəti təlim keçirib. “Karyera planlaması: CV tərtibi” adlı təlimdə müəyyən uğur qazanmaq istəyən hər kəs və istənilən ixtisas üçün karyera planlamasının vacib olduğu qeyd edilib. Təlimçi Mandola Akademiyasının təsiscisi və rəhbəri Zarina Hüseynli “Karyera planlanması” fənni çərçivəsində 3-cü kurs tələbələrinə CV tərtibinin müasir standartlarını təqdim edib. Kafedranın fənn müəllimi Vüsalə Bayramova karyera planlamasının nəzəri əsaslarından danışıb.
Sonda “İqtisadiyyat” kafedrasının müdiri İlhamə Aslanova tədbirin əhəmiyyətini vurğulayaraq bildirib ki, tələbələrin doğru-düzgün karyera planlaması bacarıqlarına yiyələnməsi müasir dövrün əsas tələblərindən biridir. Əmək bazarında istək və arzuya müvafiq yer tutmaq üçün ən yaxşı mütəxəssislərin də ehtiyacı olan bu sahə hər zaman təhsilverənlərin diqqət mərkəzindədir.
Sonda təlimçiyə “təşəkkürnamə”, iştirakçı tələbələrə isə sertifikatlar təqdim olunub.