Xəbərlər

Karyerada uğurlu yol adlı master klass

Karyerada uğurlu yol adlı master klass
  • 26 Oct 2022

Bakı Avrasiya Universitetinin İqtisadiyyat və idarəetmə kafedrasının təşəbbüsü ilə “Marketinq“ ixtisası üzrə sonuncu kurs tələbələrinə “Karyerada uğurlu yol “ adlı master klass keçirilmişdir. Master klass “Veysəloğlu” şirkətinin Biznes inkişafı üzrə şöbə müdiri Əlövsət İsmayılov tərəfindən keçirilmişdir.

Görüşü giriş sözü ilə “Regionşünaslıq və iqtisadiyyat“ fakültəsinin dekanı, fəlsəfə doktoru, dosent M.Rəhimov açaraq qonağa universitet rəhbərliyi adından öz təşəkkürünü bildirmişdir. Həmçinin görüşdə kafedra müdiri İ.Aslanova və  əməkdaşları iştirak etmişdir.

Marketinq ixtisası üzrə təhsil alan tələbələrə professional bacarıqlar, şirkətin təcrübə proqramları haqqında geniş məlumat verilmişdir. Ə.İsmayılov marketoloq peşəsinin incəlikləri, əmək bazarında qoyulan tələblər, uğura nail olmaq üzrə öz tövsiyyələrini vermişdir.

Tədbirin sonunda  Ə.İsmayılov tələbələrin çoxsaylı suallarını cavablandırdı.

İqtidsadiyyat və idarəetmə kafedrası tərəfindən bu kimi görüşlərin mütəmadi olaraq digər ixtisasların tələbələri üçün də keçirilməsi planlaşdırılır.

Digər Xəbərlər