Xəbərlər

Keçmiş xarici işlər naziri Həsən Həsənov BAAU-da mühazirə oxuyub

Keçmiş xarici işlər naziri Həsən Həsənov BAAU-da mühazirə oxuyub
  • 10 Mar 2023

Azərbaycanın görkəmli ictimai, dövlət və siyasi xadimi, diplomat-alim Həsən Həsənovun Bakı Avrasiya Universitetinin müəllim və tələbələri ilə görüşü keçirilib.

Diplomatla görüşdə BAAU-nun Elmi işlər üzrə prorektoru, siyasi elmlər doktoru Gülzar İbrahimova, BAAU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Səyavuş Qasımov, Regionşünaslıq və iqtisadiyyat fakultəsinin dekanı, dosent Mütəllim Rəhimov, “Humanitar fənlər və regionşünaslıq” kafedrasının müdiri, dosent Aybəniz Rüstəmova, “Humanitar fənlər və regionşünaslıq” kafedrasının baş müəllimi Jalə İsmayılova, “Tərcümə” kafedrasının müdir,i dosent Sevda Rzayeva, eləcə də Universitetin digər müəllim və əməkdaşları iştirak edib.

Görüşü açıq elan edən G.İbrahimova, qonağı salamladıqdan sonra, tələbələrə onun diplomatik və elmi fəaliyyəti haqqında geniş məlumat verib.

Daha sonra Həsən Həsənov “Azərbaycanlılarla farsların fərqli Novruz adət-ənənələri” mövzusunda mühazirə ilə çıxış edib. Təqdimatda Novruz bayramı haqqında ən qədim dövrlərdən etibarən mövcud olmuş müxtəlif tarixi, elmi məlumatlar qarşılıqlı şəkildə müqayisə edilərək təqdim edilib. Novruz bayramının türklərə məxsus bayram olduğu qeyd olunub və bir daha bildirilib ki, bu bayram skiflərin qədim bayramı olub. Çox sonradan müxtəlif tarixi vaxtlarda digər xalqlar və dövlətlər tərəfindən mənimsənilib. Mühazirəçi bayramın atributları, adətləri haqda məlumat verib, onun qətiyyən farslarla, atəşpərəstliklə əlaqəsi olmadığını göstərib. Mühazirədə farsların Novruz bayramı ilə türklərin və azərbaycanlıların Novruz bayramının fərqli cəhətlərini qeyd edilib.

Görüşün sonunda xatirə şəkilləri çəkdirilib.

Digər Xəbərlər