Xəbərlər

Kral Salman adına Beynəlxalq Ərəb Dili Akademiyasının “Həmzə” imtahanı keçirilib

Kral Salman adına Beynəlxalq Ərəb Dili Akademiyasının “Həmzə” imtahanı keçirilib
  • 27 Aug 2025

Bakı Avrasiya Universitetində (BAAU) Kral Salman adına Beynəlxalq Ərəb Dili Akademiyasının “Ərəb dili ayı” çərçivəsində “Həmzə” beynəlxalq imtahanı uğurla təşkil edilib. İmtahanda 40 nəfərdən artıq tələbə iştirak edib.

Qeyd edək ki, “Həmzə” imtahanı ilk dəfə olaraq Azərbaycanda BAAU-da təşkil olunub. Sözügedən imtahanın BAAU-da keçirilməsi ölkəmizdə ərəb dilinin tədrisi, eləcə də beynəlxalq dil sertifikatlaşdırılması sahəsində mühüm əhəmiyyət kəsb edən addımlardan biri kimi dəyərləndirilir.

İmtahan yüksək səviyyədə təşkil olunub, iştirakçılar üçün şəffaf və obyektiv qiymətləndirmə mühiti təmin edilib. Təşkilatçılar imtahanın uğurla yekunlaşdığını bildirərək, gələcəkdə də bu kimi beynəlxalq səviyyəli dil imtahanlarının Azərbaycanda keçirilməsinin planlaşdırıldığını vurğulayıblar.

Bu təşəbbüs BAAU-nun nəzdində fəaliyyət göstərən “Ərəbşünaslıq Mərkəzi”nin ərəb dili sahəsində beynəlxalq əməkdaşlıqlarının genişlənməsinə, eyni zamanda ərəb dilinin ölkəmizdə akademik və praktiki inkişafına mühüm töhfə verir.

Digər Xəbərlər