- 17 Dec 2022
Bakı Avrasiya Universitetinin "Avrasiya Oxucular Klubu"nun təşəbbüsü ilə “Mənim Qarabağım və ya Qarabağ düyünü” adlı kitabın təqdimatı keçirilib. Tədbirdə tələbələrlə yanaşı professor-müəllim heyəti də iştirak edib.
Professor Hamlet İsaxanlının müəllifi olduğu kitabın təqdimat mərasimində müxtəlif maraqlı mövzularla bağlı müzakirələr keçirilib, tələbələrin çoxsaylı sualları cavablandırılıb.
Müəllif baş tutan görüşə və göstərdikləri qonaqpərvərliyə görə universitet rəhbərliyinə təşəkkürünü bildirib.