Xəbərlər

Onlayn Peşəkar İnkişaf Təlimi

Onlayn Peşəkar İnkişaf Təlimi
  • 19 Apr 2022

Bakı Avrasiya Universitetinin Tərcümə,  Xarici dil və Ədəbiyyatı kafedralarının müəllimləri Bakı Amerika Mərkəzinin dəstəyi ilə keçirilən 9 həftəlik “Onlayn Peşəkar İnkişaf Təlim”lərinə qoşulublar.

 Onlayn Təlim Virtual İngilis Dili proqram mütəxəssisi Uilyam Kennedinin rəhbərliyi ilə keçirilir. Uilyam Kennedi TESOL təlimi, kommunikasiya və mədəniyyətlərarası anlaşma sahəsində 30 illik təcrübəyə malik peşəkar təlimçidir.

Onlayn Peşəkar Təlim EL (ingilis dili) müəllimlərin innovativ dərs fəaliyyətlərində (danışıq/oxu/ lüğət) bilik və bacarıqlarını genişləndirmək, ingilis dilinin tədrisinin səmərəliliyini artırmaq məqsədi daşıyır.

Dərslər hər cümə axşamı saat 19:00-da keçiriləcək.

Təlimə 31 mart 2022-ci ildən Zoom platformasi üzərindən start verilib Təlimdə iştirak edənlər iştirak sertifikatı ilə təltif olunacaqlar.

Digər Xəbərlər