Xəbərlər

Ostern (Pasxa) bayramına həsr edilmiş tədbir keçirilib

Ostern (Pasxa) bayramına həsr edilmiş tədbir keçirilib
  • 02 Apr 2024

Bakı Avrasiya Universitetində 2 aprel 2024-cü il tarixində universitetin “Xarici dil və ədəbiyyat” kafedrasının baş müəllimi Nilufər Hüseynovanın təşkilatçılığı ilə Filologiya fakültəsinin Tərcümə (ingilis dili) ixtisasının 2-ci kurs tələbələri arasında mədəni maarifləndirməni, dünya görüşünü artırmaq məqsədi ilə “Ostern” (Pasxa) bayram tədbiri keçirilib. Tədbirdə “Xarici dil və ədəbiyyat” kafedrasının müdiri fil.ü.f.d.,dos. Fatma Məcidova, Filologiya fakültəsinin dekanı fil.ü.f.d., dos. Salman Süleymanov, Tədrisin Təşkili Departamentinin rəhbəri Natella Quliyeva, Karyera və Təcrübə mərkəzinin rəhbəri Səbinə Cəlilova və kafedranın bir qrup əməkdaşları iştirak ediblər.

Bayram şənliyi zamanı tələbələr pasxanın tarixinə nəzər salaraq, Almaniyanın Dapfen, Trier, Freiburg şəhərlərində bayramın özünəməxsus keçirilməsi haqqında tədbir iştirakçılarına maraqlı məlumatlar verib, təqdimatlar nümayiş etdiriblər. Bundan başqa, tələbələr tərəfindən hazırlanmış və bu bayramın atributlarından biri olan “kilsədə şam yandırma” mərasimlərini əks etdirən videoçarx təqdim olunub. Tədbirin əsas məqamı bayramın maraqlı ənənlərini özündə birləşdirən milli alman geyimlərində təqdim olunan rəqslər, mahnılar, səhnəciklər və tələbələr tərəfindən hazırlanmış bayram süfrəsi üçün nəzərdə tutulan kulinariya nümunələri, şirniyyatların və yumurtaların bəzədilməsi olub. Tədbir gözəl təəssüratlarla yadda qalıb. Bu cür tədbirlərin təşkili və keçirilməsi müasir gəncliyin akademik biliyinin zənginləşdirilməsi ilə yanaşı, onların dünyagörüşünü artıraraq mədəniyyətlərarası inteqrasiyanın  daha dərindən dərk edilməsi istiqamətində atılan uğurlu addımlardır.

Digər Xəbərlər