Xəbərlər

“Panik atak və aradan qaldırılması yolları” mövzusunda seminar keçirilib

“Panik atak və aradan qaldırılması yolları” mövzusunda seminar keçirilib
  • 27 Dec 2023

27 dekabr 2023-cü il tarixində Bakı Avrasiya Universitetinin Humanitar fənlər və regionşünaslıq kafedrasının müəllimi Yaqut Ağasiyeva “Panik atak və aradan qaldırılması yolları” mövzusunda seminar keçirib. İmtahan sessiyasının tələbələrdə stress, panik atak kimi emosional problemlər ortaya çıxardığını nəzərə alaraq, seminara tələbələr cəlb edilib. Seminarda panik atak probleminin psixoloji mahiyyəti, fizioloji əlamətləri və diaqnostik meyarlarının təhlili aparılıb. Daha sonra panik atak probleminin aradan qaldırılması üsulları müzakirə edilib. Üsullar içərisində diqqət daha çox koqnitiv davranış terapiyasına, nəfəs məşqlərinin izahına ayrılıb. Tələbələrə stress və həyəcanın azaldılmasında effektiv üsul olan autogen məşq texnikası praktik şəkildə tətbiq edilib. Psixoloji maarifləndirmə istiqamətində müxtəlif ədəbiyyatların mütaliə edilməsi və digər tövsiyələr irəli sürülüb.

Digər Xəbərlər