- 28 Dec 2023
28 dekabr 2023-cü il tarixində Bakı Avrasiya Universitetinin Filologiya fakültəsinin Tərcümə kafedrasının müdiri dosent Sevda Rzayevanın rəhbərliyi və təşkilatçılığı ilə peşəkar ardıcıl və sinxron tərcüməçi Adil Bünyad ilə görüş keçirilib. Görüşdə kafedranın əməkdaşları və tərcümə ixtisasının bir qrup tələbələri iştirak edib. Adil Bünyad öz peşəkar tərcümə fəaliyyətindən, tərcümə prosesində yaranan problemlər və yaşanan maraqlı hadisələrdən geniş bəhs edib, öz maraqlı fikirlərini tədbir iştirakçıları ilə bölüşüb. İştirakçılarla tərcümə sənayesindəki yeniliklər, çətinliklər və onların həlli yolları, tərcüməçi hazırlğında tələb olunan yeni tədris metodları müzakirə edilib və bu sahədə fikir mübadiləsi aparılıb.