Xəbərlər

Polşanın Sileziya Texnologiya Universitetinin professoru BAAU-nun qonağı olub

Polşanın Sileziya Texnologiya Universitetinin professoru BAAU-nun qonağı olub
  • 25 Apr 2025

2025-ci ilin 7-11 aprel tarixlərində Polşa Respublikasının Sileziya Texnologiya Universitetinin (Silesian University of Technology) professoru Jolanta Baran Bakı Avrasiya Universitetinin (BAAU) qonağı olub.
Səfər çərçivəsində qonaq professor J.Baran BAAU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru dos. Sevda Rzayeva, Regionşünaslıq və iqtisadiyyat fakültəsinin dekanı dos. Mütəllim Rəhimov, həmçinin Biznes və menecment ilə Nəzəri dilçilik və türk dilləri kafedralarının professor-müəllim heyəti ilə görüşlər keçirib. Görüşlər zamanı təhsil, elm və tədqiqat sahəsində mümkün əməkdaşlıq imkanları müzakirə edilib.  
Qonaq professor BAAU-ya səfəri zamanı universitetin tələbələrinə “Dairəvi iqtisadiyyat və qeyri-maliyyə hesabatların ətraf mühitin idarə edilməsi vasitələri” mövzusunda təqdimatla çıxış edib. Tələbələr tərəfindən maraqla qarşılanan təqdimatdan sonra suallar cavablandırılıb, mövzu ilə bağlı fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, J.Baranın BAAU-nun qonağı olması əməkdaşlıq istiqamətində müzakirələr aparması iki universitet arasında əlaqələrin genişləndirilməsi baxımından mühüm addım hesab edilir.

Digər Xəbərlər