Xəbərlər

Polşanın Sileziya Texnologiya Universitetinin professoru Bakı Avrasiya Universitetində mühazirə deyib

Polşanın Sileziya Texnologiya Universitetinin professoru Bakı Avrasiya Universitetində mühazirə deyib
  • 17 May 2024

           Sileziya Texnologiya Universitetinin professoru Alkesandr Sladkovski Erasmus+KA171 proqramı çərçivəsində Bakı Avrasiya universitetində olub. Qonağı Universitetin Beynəlxalq əlaqələr üzrə prorektoru dos. Səyavuş Qasımov qəbul edib. Görüşdə əməkdaşlığın inkişaf etdirilməsi, ikili diplom proqramları, akademik mobillik, birgə elmi tədqiqatların aparılması istiqamətində müzakirələr aparılıb.

       Daha sonra Alkesandr Sladkovski BAAU-nun tələbə və doktorantlarına “Logistika və nəqliyyat problemləri” mövzusunda mühazirə deyib. Görüş interaktiv şəkildə keçib, professor tərəfindən tələbələrin sualları cavablandırılıb.

Digər Xəbərlər