- 07 Mar 2025
Qazax Dövlət Qızlar Pedaqoji Universitetinin (KNWTTU) rektoru Gülmira Qanayın rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Avrasiya Universitetində (BAAU) olub.
Nümayəndə heyətini BAAU-nun rəhbərliyi qəbul edib. Görüş zamanı iki universitet arasında əməkdaşlıq imkanları, beynəlxalq əlaqələrin gücləndirilməsi, elmi-tədqiqat fəaliyyətlərinin genişləndirilməsi və birgə layihələrin həyata keçirilməsi ilə bağlı məsələlər müzakirə edilib. Tərəflər ali təhsil sahəsində birgə fəaliyyətin inkişaf etdirilməsinin vacibliyini vurğulayaraq, gələcək perspektivlər barədə fikir mübadiləsi aparıblar.
Görüşdən sonra KNWTTU-nun nümayəndə heyəti BAAU-nun tədris binası, kitabxanası, auditoriyaları və digər struktur bölmələri ilə yaxından tanış olub. Universitetin akademik və infrastruktur imkanları haqqında ətraflı məlumat verilərək, təhsil mühiti və tələbələr üçün yaradılan şərait nümayiş etdirilib.