Xəbərlər

Qiymətləndirmə şəffaflığının və tələbə iştirakının artırılmasına həsr olunmuş təlim keçirilib

Qiymətləndirmə şəffaflığının və tələbə iştirakının artırılmasına həsr olunmuş təlim keçirilib
  • 19 Jan 2026

Bakı Avrasiya Universitetində (BAAU) Beynəlxalq əlaqələr və layihələrin idarəedilməsi departamentinin təşkilatçılığı ilə ABŞ Dövlət Departamenti tərəfindən həyata keçirilən “English Language Fellow – ELF” proqramı çərçivəsində təlim təşkil olunub.

2025/2026 tədris ili üçün universitetin Tərcümə kafedrasında mühazirəçi müəllim kimi fəaliyyət göstərən Cordan Braunun iştirakı ilə “Qiymətləndirmədə şəffaflığın və tələbə iştirakının artırılmasında qiymətləndirmə meyarlarından istifadə” mövzusunda ingilis dili müəllimləri üçün təlim keçirilib.

Təlimdə universitetin Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Sevda Rzayeva açılış nitqi ilə çıxış edərək təlimçi barədə ətraflı məlumat verib, həmçinin keçirilən təlimin universitetin professor-müəllim heyəti üçün əhəmiyyətindən və gözlənilən faydalarından danışıb.

Təlim proqramına uyğun olaraq Cordan Broun tərəfindən BAAU-nun Filologiya fakültəsinin “Tərcümə” və “Xarici dil və ədəbiyyat” kafedralarının professor-müəllim heyəti üçün interaktiv sessiyalar təşkil olunub.

Təlim çərçivəsində iştirakçılara tələbəyönümlü tədris metodlarında geniş tətbiq olunan qiymətləndirmə meyarlarının (rubriklərinin) təhsilalanların gözləntiləri daha aydın anlamasına, həmçinin dərs prosesində fəal iştirakın təşviqinə verdiyi töhfələr barədə nəzəri və praktik biliklər təqdim olunub. 

Təlim iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb və sonda iştirakçılara sertifikatlar təqdim olunub.

Digər Xəbərlər