Xəbərlər

"“Codex Cumanicus” və kuman dilinin leksikası” adlı kitabının müzakirəsi keçirilib.

"“Codex Cumanicus” və kuman dilinin leksikası” adlı kitabının müzakirəsi keçirilib.
  • 04 Dec 2023

Bakı Avrasiya Universitetinin Nəzəri dilçilik və türk dilləri kafedrasının təşkilatçılığı fil.ü.f.d İmanyar Quliyevin ““Codex Cumanicus” və kuman dilinin leksikası” adlı kitabının müzakirəsi keçirilib.

Tədbiri giriş sözü ilə kafedra müdiri fil.ü.f.d, dos. Zəminə Rüstəmbəyli açıb və müzakirəyə çıxarılan elmi tədqiqat işi barədə qısa məlumat verib. Daha sonra kitabın müəllifi İmanyar Quliyevin kuman dilinin leksikası haqqında geniş məruzəsi dinlənilib. Qarşılıqlı diskussiya şəraitində keçən müzakirədə tələbələrin maraqlı fikirləri dinlənilib. Müəllif tələbələrin mövzuya münasibətini: “Yeni fikirlərə açılan qapı” adlandırıb.

Daha sonra professor-müəllim heyətinin mövzu ilə bağlı maraqlı çıxışları olub. Tədbirdə fəallıq göstərən tələbələrə müəllif tərəfindən müxtəlif kitablar hədiyyə edilib,eyni zamanda Nəzəri dilçilik və türk dilləri kafedrasının müdiri Zəminə Rüstəmbəyli İmanyar Quliyevə rektor, professor Nazim Hüseynlinin imzaladığı təşəkkürnaməni və müəllifi olduğu “Təfəkkürün anlayış-kateqorial aparatı: qnoseoloji və metodoloji təhlil” adlı kitabını təqdim edib.

Digər Xəbərlər