Xəbərlər

"Türk Dövlətləri Birliyi gənclərinin beynəlxalq forumu” keçirilib

"Türk Dövlətləri Birliyi gənclərinin beynəlxalq forumu” keçirilib
  • 18 Nov 2023

"Türk Dövlətləri Birliyi gənclərinin beynəlxalq forumu” keçirilib.

Tədbirdə Bakı Avrasiya Universitetinin Tələbə Gənclər Təşkilatının sədri Fidan Əzizova və universitetdə təhsil alan Türk Dövlətləri Birliyinə daxil olan dövlətlərin  tələbələri iştirak ediblər.

Foruma eyni zamanda Türk dövlətlərinin Azərbaycan Respublikasındakı səlahiyyətli səfirləri, dövlət rəsmiləri qatılıblar. Tədbirdə Türk Dövlətləri Birliyinə daxil olan ölkələrin tələbə birlikləri arasında mədəni, siyasi və sosial əlaqələrin möhkəmləndirilməsi, birgə fəaliyyətin təmin edilməsi, eyni zamanda türk dövlətləri gəncləri arasında əlaqələrin inkişafında gənclər təşkilatlarının rolunun artırılması xüsusi  vurğulanıb.

Digər Xəbərlər