- 24 May 2024
Sibiu Lucian Blaga Universitetinin müəllimləri Dr. Bogdan Gheorghița və Dr. Sabina Adina Luca 17-23 may tarixlərində Bakı Avrasiya Universitetində Erasmus+KA171 proqramında iştirak ediblər. Qonaqlar universitetin Beynəlxalq əlaqələr üzrə prorektoru dos. Səyavuş Qasımovla görüşdə əməkdaşlığın inkişaf etdirilməsi, akademik mobillik, birgə elmi tədqiqatların aparılmasını müzakirə ediblər.
Proqram planına uyğun olaraq Dr. Sabina Adina Luca “Mədəni və sosial kimlik”, Dr. Bogdan Gheorghița “Siyasi mədəniyyət” mövzularında mühazirə deyiblər. Rumıniyalı müəllimlər cəmiyyətin siyasi həyatında davranış normalarını, fəaliyyət qaydalarını müəyyənləşdirməkdə və təyin etməkdə sosial mədənityyətin rolundan, siyasi kimlik konseptinin aspektlərindən danışıb, tələbələri maraqlandıran sualları cavablandırıblar.