Xəbərlər

Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı səfiri BAAU-nun qonağı olub

Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı səfiri BAAU-nun qonağı olub
  • 24 Apr 2025

2025-ci ilin 24 aprel tarixində Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İssam bin Saleh Əl-Cüteyli Bakı Avrasiya Universitetinin (BAAU) qonağı olub. Səfirin rəhbərlik etdiyi nümayəndə heyəti BAAU-nun rəhbərliyi tərəfindən qəbul edilib.
Görüşdə qonaqları salamlayan BAAU-nun rektoru dos. Səyavuş Qasımov Səudiyyə Ərəbistanı Krallığının ali təhsil müəssisələri ilə əməkdaşlıqda maraqlı olduqlarını, elm və təhsil sahəsində iki ölkə arasında inkişaf edən əlaqələrdə universitetlərin də önəmli rol oynadığını diqqətə çatdırıb. Rektor BAAU-nun nəzdində fəaliyyət göstərən Ərəbşünaslıq Mərkəzinin fəaliyyəti barədə məlumat verib və universitetin infrastrukturu, müəllim və tələbə kontingenti, təhsil səviyyələri haqqında söhbət açıb.
Xoş qarşılanma və göstərilən diqqətə görə təşəkkürünü bildirən səfir İssam bin Saleh Əl-Cüteyli iki ölkənin ali təhsil sahəsindəki ikitərəfli əlaqələrin daha da gücləndirilməsində maraqlı olduqlarını və BAAU-ya səfərinin bu yöndə dəstəklərini göstərmək məqsədi daşıdığını bildirib
Görüşdən sonra nümayəndə heyəti BAAU-nun infrastrukturu, auditoriyaları və universitetin Ərəbşünaslıq Mərkəzi ilə tanış olub. Ərəbşünaslıq Mərkəzinin fəaliyyəti barədə məlumat əldə edilib və bu fəaliyyətin daha da genişləndirilməsi imkanları müzakirə olunub.

Digər Xəbərlər