Xəbərlər

Şimali Kipr Türk Cümhuriyyətinin ali təhsil müəssisələri ilə əməkdaşlıq müzakirə edilib

Şimali Kipr Türk Cümhuriyyətinin ali təhsil müəssisələri ilə əməkdaşlıq müzakirə edilib
  • 16 Oct 2023

Şimali Kipr Türk Cümhuriyyətinin Dünya Barış Universitetinin rektoru, professor Mustafa Sağsanın rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Avrasiya Universitetində olub.

Qonaqlar BAAU-nun rektoru, professor Nazim Hüseynli və universitetin nümayəndələri ilə görüşüb. Görüş zamanı ikitərəfli əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsinin vacibliyi vurğulanıb, tələbə hazırlığı istiqamətində məsələlər müzakirə olunub. Görüşdən sonra universitetlər arasında əməkdaşlıq haqqında memorandum imzalanıb, xatirə şəkilləri çəkdirilib.

Digər Xəbərlər