- 10 Aug 2023
Bakı Avrasiya Universitetinin baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru Zəminə Rüstəmbəyli 01 avqust 2023-cü il tarixində Azərbaycanımızın mədəniyyət beşiyi, Qarabağımızın incisi Şuşa şəhərində Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası Yanında Monitorinq Mərkəzi tərəfindən keçirilən “01 avqust - Azərbaycan əlifbası və Azərbaycan dili günüdür” adlı tədbirdə iştirak etmişdir.
Tədbirdə məruzə ilə çıxış edən Rüstəmbəyli Zəminə əlifbamızın, dilimizin, ədəbiyyatımızın, mədəniyyətimizin zənginliyindən bəhs etmişdir.
Tədbirdə Ulu öndər Heydər Əliyevin Azərbaycan dilinə verdiyi qiymət, dilimiz haqqında söylədiyi bir-birindən qiymətli fikirlər səsləndirilmişdir. Bundan başqa tədbirdə Azərbaycan Respublikasının prezidenti Cənab İlham Əliyevin Ali baş komandanlığı ilə işğaldan azad olunmuş torpaqlara edilən hər bir səfərin nə qədər əhəmiyyətli və dəyərli olması fikirləri də tədbir iştirakçıları tərəfindən səsləndirilmişdir.
Tədbir çərçivəsində Şuşa şəhərinə gəzinti proqramı da həyata keçirilmişdir.