Xəbərlər

Tariximizi əyani öyrənirik

Tariximizi əyani öyrənirik
  • 25 Dec 2023

Bakı Avrasiya Universitetinin Humanitar fənlər və regionşünaslıq kafedrasının təşəbbüsü ilə tədrisin keyfiyyətini yüksəltmək, tələbələrin Vətən tarixinə marağını artırmaq məqsədilə müəllimlər dərslərini mütəmadi olaraq muzeylərdə, tarixi məkanlarda, sərgilərdə davam etdirirlər. Bu dəfə də 19 dekabr 2023-cü il tarixində kafedranın əməkdaşları Məleykə Adıgözəlova və Jalə İsmayılovanın rəhbərliyi altında Regionşünaslıq və iqtisadiyyat fakültəsinin I kurs tələbələri Heydər Əliyev Mərkəzində nümayiş olunan “Uzun Həsən-Ağqoyunlu dövlətinin hökmdarı” sərgisində iştirak edərək Ağqoyunlu dövlətinin tarixini eksponatların əhatəsində daha dərindən öyrəniblər. Tələbələr sərgidəki eksponatlar vasitəsilə Ağqoyunlu dövləti və onun Azərbaycan dövlətçiliyi tarixindəki xüsusi rolu haqqında geniş məlumatlar əldə edib, bir çox nadir eksponatlar, o cümlədən İstanbuldakı Hərb Muzeyində saxlanılan və indiyə qədər Türkiyə hüdudlarından kənara çıxarılmayan tarixi nümunələrlə tanışlıq imkanı qazanıblar.

Digər Xəbərlər