Xəbərlər

“Tələbə kuboku” mini futbol turnirinin qalibləri mükafatlandırılıb

“Tələbə kuboku” mini futbol turnirinin qalibləri mükafatlandırılıb
  • 12 May 2022

Nərimanov rayonunda yerləşən Məktəb-Lisey Kompleksində Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının və Nərimanov rayon Gənclər və İdman İdarəsinin  təşkilatçılığı ilə rayon ərazisində fəaliyyət göstərən ali və orta ixtisas təhsil müəssisələrinin tələbələri arasında ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş  “Tələbə kuboku” mini futbol üzrə rayon turniri keçirilib.

11 komanda arasında  keçirilən turnirdə Bakı Avrasiya Universitetinin tələbələri III olmuşdur.I yerə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının, II yerə isə  Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbələri layiq görülmüşdür.

Qalib komandalar təşkilatçılar tərəfindən müvafiq dərəcəli diplom və medallar ilə təltif olunmuşlar.

Digər Xəbərlər