Xəbərlər

Tələbələrin iştirakı ilə “Yaxın Şərqdə geosiyasi vəziyyət” adlı simulyasiya konfransı keçirilib

Tələbələrin iştirakı ilə “Yaxın Şərqdə geosiyasi vəziyyət” adlı simulyasiya konfransı keçirilib
  • 29 Dec 2024

Bakı Avrasiya Universitetində (BAAU) Tələbə Elmi Cəmiyyətinin (TEC), Gənclərin İnkişaf Platformasının (GİP) və Gənc Politoloqlar Təşkilatının (GPT) birgə təşkilatçılığı ilə müxtəlif universitetlərdən qatılan tələbələr üçün “Yaxın Şərqdə geosiyasi vəziyyət” adlı simulyasiya konfransı təşkil olunub.
Sözügedən konfransın əsas məqsədi, tələbə iştirakçıların beynəlxalq əlaqələr və geosiyasət sahəsində təcrübi biliklərini inkişaf etdirmək, həmçinin siyasi plartformalarda praktiki bacarıqlarını artırmaq olub.
Konfrans Ümummilli lider Heydər Əliyevin, ölkənin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidərin, həmçinin 2024-cü il dekabrın 25-də təyyarə qəzasında həyatını itirənlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Konfransı giriş sözü ilə BAAU TEC sədri Nərmin Nurullayeva açaraq, iştirakçıları salamlayıb və konfransın gedişatına uğurlar arzulayıb. Sonra söz Gənc Politoloqlar Təşkilatının sədri Elman Vəliyevə verilib. E.Vəliyev konfransın əhəmiyyətindən, gənclərin tələbəlik illərindən başlayaraq beynəlxalq əlaqələr və geosiyasət sahəsində təcrübi biliklərə yiyələnmələri və siyasi plartformalarda praktiki bacarıqlarını artırmaq üçün müxtəlif simulyasiya tədbirlərinin təşkilinin vacibliyini xüsusi vurğulayıb və konfransın işinə uğurlar arzulayıb. Gənclərin İnkişaf Platformasının sədri Yusif Məmmədəlinin açılış nitqindən və salamlamasından sonra konfrans öz işinə başlayıb.
Konfransda tələbələr müxtəlif dövlətləri simulativ təmsil edərək Yaxın Şərqdə geosiyasi vəziyyət mövzusunda çıxışlar edib və yekun qətnamənin qəbulu üçün təkliflər veriblər. Konfrans maraqlı çıxışlar və müzakirələrlə davam edib.
Tədbir iştirakçılara aktiv iştiraklarına görə sertifikatlar təqdim etməklə və xatirə şəkili çəkdirməklə yekunlaşıb.

Digər Xəbərlər