Xəbərlər

BAAU-nin Tələbə Gənclər Təşkilatı yarışda II yeri tutub

BAAU-nin Tələbə Gənclər Təşkilatı yarışda II yeri tutub
  • 01 Nov 2022

31 oktyabr 2022-ci il tarixində “Odlar Yurdu” Universitetində Nərimanov Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə "Zəfər Günü" münasibəti ilə “Tarixin qədim izləri - Qarabağ” adlı tələbələr arasında “Nə? Harada? Nə zaman?” intellektual  oyunu keçirilib. Bakı Avrasiya Universiteti Tələbə Gənclər Təşkilatının İOK komandası yarışda iştirak edərək II yeri tutub. 

İntellektual oyununun keçirilməsində məqsəd “Zəfər  Günü”nü yüksək səviyyədə qeyd etmək, gənclərin intellektual səviyyəsini, dünya görüşünü genişləndirmək, zehni inkişafını stimullaşdırmaq, onlar arasında biliklərin və elmin nüfuzunu artırmaq, eləcə də asudə vaxtlarını səmərəli təşkil etməkdən ibarətdir.

“Tarixin qədim izləri - Qarabağ” adlı tələbələr arasında “Nə? Harada? Nə zaman?” intellektual  oyununda Nərimanov rayonunda fəaliyyət göstərən ali və orta ixtisas təhsil müəssisələrindən 9 komanda mübarizə aparmışdır. Onlardan, I yeri Azərbaycan Dillər Universitetinin komandası, II yeri Bakı Avrasiya Universitetinin komandası və III yeri Azərbaycan Dövlət Pedaqoji Universitetinin komandası tutmuşdur.

Qalib gələn komandalar Nərimanov Rayon Gənclər və İdman İdarəsi tərəfindən müvafiq dərəcəli diplom və medallar ilə təltif olunmuşlar.

Digər Xəbərlər