XƏBƏRLƏR

Universitetimizdə “Keyfiyyətin strateji idarəetmə alətinə çevrilməsi” mövzusunda silsilə təlimlər keçirilib

Universitetimizdə “Keyfiyyətin strateji idarəetmə alətinə çevrilməsi” mövzusunda silsilə təlimlər keçirilib
  • 21 May 2026

Bakı Avrasiya Universitetində (BAAU) Keyfiyyət təminatı sektorunun təşkilatçılığı ilə ali təhsildə keyfiyyət mədəniyyətinin formalaşdırılması, strateji uzlaşma və davamlı təkmilləşdirmə yanaşmalarına həsr olunmuş “Keyfiyyətin Strateji İdarəetmə Alətinə Çevrilməsi” adlı silsilə təlimlər təşkil olunub. Təlimlər universitetin Keyfiyyət təminatı sektorunun müdiri Esmira Talıbova tərəfindən keçirilib. Təlimlərdə universitetin fakültə dekanları, kafedra müdirləri, struktur bölmə rəhbərləri, keyfiyyət təminatı üzrə məsul şəxslər və müxtəlif inzibati-idarəetmə strukturlarının nümayəndələri iştirak ediblər. 

Təlim proqramı çərçivəsində daxili keyfiyyət təminatı sistemləri, keyfiyyət mədəniyyəti, strateji uzlaşma (Strategic Alignment), ESG 2015 standartları, KPI əsaslı fəaliyyət planlaması, data əsaslı qərarvermə, “Closing the Loop” yanaşması, PDCA dövrü, Total Quality Management (TQM), Pareto prinsipi, SMART və OKR yanaşmaları kimi müasir keyfiyyət idarəetmə alətləri geniş şəkildə müzakirə olunub.

Təlimlər interaktiv formatda təşkil olunub və iştirakçıların prosesə aktiv cəlb olunmasına xüsusi önəm verilib. Təlim müddətində interaktiv təqdimatlar, “Reverse Brainstorming” sessiyaları, real keys təhlilləri, qrup müzakirələri, “PDCA” və “Ishikawa” yanaşmaları, KPI və strateji uzlaşma tapşırıqları tətbiq edilib.

Təlim proqramı çərçivəsində qrup işi mərhələsində iştirakçılar universitet idarəetməsi və keyfiyyət təminatı sahəsində təqdim olunan real keys tapşırıqları üzərində qruplar şəklində çalışıblar. Təlim zamanı iştirakçılar müxtəlif keyfiyyət problemlərinin kök səbəblərini “Ishikawa” yanaşması vasitəsilə təhlil edib, problemlərin strateji idarəetmə aspektlərini qiymətləndirib, konkret KPI-lar, təkmilləşdirmə addımları və məsul struktur bölmələr üzrə həll təklifləri hazırlayıblar. 

BAAU-da həyata keçirilən bu silsilə təlimlər universitetdə keyfiyyət mədəniyyətinin gücləndirilməsi, strateji idarəetmə yanaşmalarının institusional səviyyədə tətbiqi və davamlı təkmilləşdirmə mexanizmlərinin inkişaf etdirilməsi istiqamətində həyata keçirilən sistemli fəaliyyətlərin mühüm tərkib hissəsi kimi qiymətləndirilir.

Təlimlər iştirakçıların suallarının cavablandırması ilə yekunlaşıb.

DİGƏR XƏBƏRLƏR