Xəbərlər

Türkiyə universitetlərinin rektorları Bakı Avrasiya Universitetində

Türkiyə universitetlərinin rektorları Bakı Avrasiya Universitetində
  • 02 Nov 2021

8 noyabr Azərbaycanın mədəniyyət mərkəzi Şuşa şəhərinin azad olunması münasibətilə Bakı Avrasiya Universiteti “Qarabağ Azərbaycandır!” adlı konfransa start verib. Türkiyənin Sağlıq Bilimləri Universitetinin rektoru  Cevdet Erdöl, Kutahya Dumlıpınar Universitetinin rektoru Kazım Uysal, Bilecik Şeyx Edabalı Universitetinin rektoru Şükrü Beydemir, Çankırı Karatekin Universitetinin rektoru Atilla Batur və Bolu Abant İzzet Baysal Universitetinin rektoru Mustafa Alişarlı qatılıblar.

Tədbir Şamaxıda naməlum türk əsgərinin məzarını ziyarətlə başlayacaq.Proqram çərçivəsində  qonaqlar Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər.Daha sonra Türkiyə universitetləri ilə  Bakı Avrasiya Universiteti arasında ayrı–ayrılıqda  İkili Əməkdaşlığa və Mevlane Mübadilə Proqramına dair müqavilələr imzalanıb.

Digər Xəbərlər