Xəbərlər

Türkoloq alim, filologiya elmləri doktoru, dosent Elçin İbrahimovun “Türk dünyasında ortaq əlifba və ünsiyyət dili” adlı kitabının təqdimatı və müzakirəsi keçirilib.

Türkoloq alim, filologiya elmləri doktoru, dosent Elçin İbrahimovun “Türk dünyasında ortaq əlifba və ünsiyyət dili” adlı kitabının təqdimatı və müzakirəsi keçirilib.
  • 28 Dec 2023

28 dekabr 2023-cü il tarixində Bakı Avrasiya Universitetinin Nəzəri dilçilik və türk dilləri kafedrasının təşkilatçılığı ilə türkoloq alim, filologiya elmləri doktoru, dosent Elçin İbrahimovun “Türk dünyasında ortaq əlifba və ünsiyyət dili” adlı kitabının təqdimatı və müzakirəsi keçirilib. Tədbirdə kafedranın professor-müəllim heyəti, Filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyatı, türk dili və ədəbiyyatı ixtisaslarının tələbələri və qonaqlar iştirak edib. Tədbiri giriş sözü ilə Nəzəri dilçilik və türk dilləri kafedrasının müdiri dosent Zəminə Rüstəmbəyli açaraq, müəllifin elmi-pedaqoji fəaliyyətindən, türkologiya sahəsində göstərdiyi xidmətlərindən bəhs edib. Ardından tələbələrin hazırladıqları alimin həyat və fəaliyyətini işıqlandıran təqdimat nümayiş edilib. Daha sonra alim türkoloji tədqiqatlarının bir hissəsinin yer aldığı yeni nəşr olunmuş kitabı barəsində tədbir iştirakçılarına geniş məlumat verib. Müəllif Türk Dünyasında ortaq əlifba və ortaq türk dili məsələlərinə toxunub, tədbirdə maraqlı fikirlər səslənib. Kafedranın əməkdaşı filolofiya üzrə fəlsəfə doktoru İmanyar Quliyev, müəllim Ziya Bəhmənli və tədbirin qonağı da çıxış edərək müəllifə elmi-pedaqoji fəaliyyətində yeni-yeni uğurlar arzu ediblər. Ardından tələbələr Elçin İbrahimova kitabda yer alan mövzularla bağlı bir-birindən maraqlı suallar ünvanlayıb, bəzi məqamlara toxunaraq öz fikirlərini bildiriblər. Tələbələrin fikirlərini müəllif çox yüksək səviyyədə qiymətləndirib. Tədbirin sonunda kafedra müdiri dosent Zəminə Rüstəmbəyli Elçin İbrahimova rektor professor Nazim Hüseynlinin imzaladığı Təşəkkürnaməni və müəllifi olduğu “Təfəkkürün anlayış-kateqorial aparatı: qnoseoloji və metodoloji təhlil” adlı kitabını təqdim edib. Elçin İbrahimov isə, öz növbəsində, tədbirdə fəallıq nümayiş etdirən tələbələrə kitablarından hədiyyə edib. Tədbir başa çatdıqdan sonra dosent Elçin İbrahimov universitetin Beynəlxalq əlaqələr üzrə prorektoru dosent Səyavuş Qasımovla, universitetin Kitabxana və informasiya mərkəzinin müdiri Sima Cəfərova ilə də görüşərək həm Səyavuş müəllimə, həm də BAAU-nun kitabxanasının fonduna kitablarından hədiyyə edib

Digər Xəbərlər