Xəbərlər

Universitetimiz ilə Erzincan Binali Yıldırım Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb

Universitetimiz ilə Erzincan Binali Yıldırım Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb
  • 04 Mar 2026

Bakı Avrasiya Universiteti (BAAU) ilə Türkiyənin Erzincan Binali Yıldırım Universiteti arasında elmi-akademik əməkdaşlığın genişləndirilməsini nəzərdə tutan əməkdaşlıq görüşü keçirilib. Görüşdə BAAU-nun rektoru, dosent Səyavuş Qasımov, Beynəlxalq əlaqələr üzrə prorektor, dosent Sevda Rzayeva və Erzincan Binali Yıldırım Universitetinin səlahiyyətli nümayəndəsi Dr. Öğr. Üyesi Kader Altın və Dr. Elif Kömürcü iştirak edib. 

Görüş zamanı tərəflər arasında ali təhsil sahəsində əməkdaşlıq perspektivləri, elmi-tədqiqat fəaliyyətinin genişləndirilməsi, həmçinin universitetlərarası akademik əlaqələrin inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb. 

İki universitet arasında davamlı əməkdaşlığın qurulması məqsədilə memorandumu imzalanıb. Sənəd BAAU-nun rektoru, dosent Səyavuş Qasımov və Erzincan Binali Yıldırım Universitetinin səlahiyyətli nümayəndəsi Dr. Öğr. Üyesi Kader Altın tərəfindən imzalanıb.

Memorandumun əsas məqsədi elmi-tədqiqat fəaliyyətində yeni imkanların yaradılması, tələbə və müəllim mübadiləsinin təşviqi, həmçinin universitetlər arasında elmi və akademik inteqrasiyanın gücləndirilməsidir.

Sənədə əsasən  professor-müəllim heyəti və tədqiqatçıların qarşılıqlı mübadiləsinin təşkili, tələbə mübadilə proqramlarının inkişaf etdirilməsi, birgə elmi-tədqiqat layihələrinin hazırlanması, konfrans, seminar, simpozium və digər beynəlxalq akademik tədbirlərin təşkil olunması nəzərdə tutulur. Sözügedən sənəddə həmçinin tərəflərin beynəlxalq elmi layihələrdə birgə iştirakının təmin olunması, elmi araşdırmaların aparılması və akademik bilik mübadiləsinin gücləndirilməsi də qeyd olunub.

Qeyd edək ki, memorandum  iki ali təhsil müəssisəsi arasında akademik əlaqələrin möhkəmləndirilməsinə, elmi-tədqiqat fəaliyyətinin genişləndirilməsinə və beynəlxalq akademik əməkdaşlığın inkişafına mühüm töhfə verəcək.

Digər Xəbərlər