XƏBƏRLƏR

Universitetimizdə “Azərbaycanın milli-siyasi fikir və mətbuat tarixi” adlı kitabın təqdimatı keçirilib

Universitetimizdə “Azərbaycanın milli-siyasi fikir və mətbuat tarixi” adlı kitabın təqdimatı keçirilib
  • 08 Jun 2026

Bakı Avrasiya Universitetinin (BAAU) Kitabxana-informasiya mərkəzinin təşkilatçılığı ilə universitetin Ümumi fənlər kafedrasının müəllimi, dosent Jalə İsmayılovanın müəllifi olduğu “Azərbaycanın milli-siyasi fikir və mətbuat tarixi” adlı kitabın təqdimatı keçirilib. Tədbirdə universitetin professor-müəllim heyəti və tələbələr iştirak ediblər. 

Tədbiri BAAU-nun Elmi işlər üzrə prorektoru, professor Gülzar İbrahimova giriş sözü ilə açıb və nəşrin elmi əhəmiyyətini yüksək qiymətləndirib. O, kitabın Azərbaycan milli-siyasi fikir və mətbuat tarixinin öyrənilməsi istiqamətində aparılan tədqiqatlara mühüm töhfə verəcəyini bildirib. Prof. Gülzar İbrahimova əsərin zəngin elmi mənbələrə əsaslandığını qeyd edərək, tələbələr, magistrantlar, doktorantlar və tədqiqatçılar üçün faydalı vəsait olacağını vurğulayıb, müəllifə gələcək elmi fəaliyyətində uğurlar arzulayıb.

Universitetin Kitabxana-informasiya mərkəzinin müdiri Məlahət Əliyeva nəşrin elmi əhəmiyyətindən danışaraq, onun Azərbaycan ictimai-siyasi fikir tarixinin və milli mətbuat irsinin öyrənilməsinə mühüm töhfə verəcəyini bildirib.

Regionşünaslıq və iqtisadiyyat fakültəsinin dekanı dosent Mütəllim Rəhimov çıxışında müasir dövrdə milli düşüncə tarixinin sistemli şəkildə araşdırılmasının vacibliyinə diqqət çəkərək, təqdim olunan nəşrin bu istiqamətdə aparılan elmi tədqiqatlara əhəmiyyətli töhfə verdiyini bildirib. O, qeyd edib ki, əsərdə əks olunan tarixi faktlar və analitik yanaşmalar oxucularda Azərbaycanın ictimai-siyasi inkişaf prosesləri haqqında daha dolğun təsəvvür formalaşdırır və bu baxımdan kitab akademik mühit üçün xüsusi əhəmiyyət kəsb edir.

Ümumi fənlər kafedrasının müdiri dosent Sevil Bəhrəmova çıxış edərək müəllifin elmi-pedaqoji fəaliyyətini yüksək qiymətləndirib, kitabın Azərbaycan milli-siyasi fikir tarixinin araşdırılması istiqamətində mühüm elmi mənbə olduğunu qeyd edib. O vurğulayıb ki, nəşrdə milli-siyasi düşüncənin formalaşma və inkişaf mərhələləri, eləcə də Azərbaycan mətbuatının tarixi inkişaf yolu sistemli şəkildə təhlil olunub.

Digər çıxış edənlər də kitabın elmi əhəmiyyətindən bəhs edərək, onun Azərbaycan milli-siyasi fikir tarixinin və mətbuat irsinin öyrənilməsi baxımından dəyərli mənbə olduğunu vurğulayıb, müəllifi yeni elmi uğuru münasibətilə təbrik ediblər.

Daha sonra dosent Jalə İsmayılova kitabın ərsəyə gəlmə prosesi, tədqiqatın əsas istiqamətləri və nəşrin məzmunu barədə ətraflı məlumat verib, iştirakçıların suallarını cavablandırıb.

Çıxışlarda kitabın elmi və praktik əhəmiyyəti xüsusi vurğulanıb, onun Azərbaycan siyasi fikir tarixinin və milli mətbuat ənənələrinin öyrənilməsi sahəsində mühüm mənbələrdən biri olduğu qeyd edilib.

Sonda iştirakçılar müəllifi yeni nəşrin işıq üzü görməsi münasibətilə təbrik edib, ona gələcək elmi fəaliyyətində uğurlar arzulayıblar.

DİGƏR XƏBƏRLƏR