Xəbərlər

Universitetin professor-müəllim heyəti 3-cü Beynəlxalq Multidissiplinar Ekologiya və Ətraf Mühit Araşdırmaları konfransda iştirak edib

Universitetin professor-müəllim heyəti 3-cü Beynəlxalq Multidissiplinar Ekologiya və Ətraf Mühit Araşdırmaları konfransda iştirak edib
  • 19 Jan 2026

Bakı Avrasiya Universitetinin (BAAU) və “İqtisadi İnkişaf və Sosial Tədqiqatlar İnstitutu”nun (İKSAD) birgə təşkilatçılığı ilə Türkiyənin Antalya şəhərində 3-cü Beynəlxalq Multidissiplinar Ekologiya və Ətraf Mühit Araşdırmaları konfransı keçirilib. Konfrans ekoloji elmlər sahəsində aparıcı alim və tədqiqatçıları bir araya gətirərək həm onlayn, həm də üz-üzə formatda təşkil olunub. 

Konfransda 30 fərqli ölkədən, 111 fərqli ali təhsil müəssisəsindən 250 nəfərdən çox tədqiqatçılar məruzələrlə çıxış ediblər.

Sözügedən beynəlxalq elmi konfransda BAAU-nun Elmi işlər üzrə prorektoru, professor Gülzar İbrahmova, İqtisadiyyat kafedrasının müdiri, dosent Vüsalə Nağıyeva və kafedranın dosenti Pərvin Verdiyeva, Riyaziyyat və İKT kafedrasının müəllimləri Türkan Həsənova və Ayaz Məmmədov da onlayn formatda iştirak ediblər.

Konfrans zamanı ekoloji problemlərin multidissiplinar aspektlərdən araşdırılması, elmi əməkdaşlıq imkanlarının genişləndirilməsi və gələcək tədqiqat istiqamətlərinin müəyyənləşdirilməsi məqsədilə məhsuldar fikir mübadiləsi həyata keçirilib.

BAAU-nun professor – müəllim heyətinin beynəlxalq elmi konfranslarda fəal iştirak etmələri universitetin elmi-tədqiqat fəaliyyətlərinin inkişafına, eləcə də beynəlxalq bilik mübadiləsinin və əməkdaşlıqların qurulmasına müsbət töhvə verməkdədir.

Digər Xəbərlər