- 18 Dec 2025
Bakı Avrasiya Universitetinin (BAAU) Elm, innovasiya və doktorantura sektorunun müdiri Vüsalə Həsənova Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) 2025-ci il üzrə fəaliyyətinə dair hesabat tədbirində iştirak edib.
Tədbirdə AKTA-nın 2025-ci il ərzində fəaliyyəti, təşkilat tərəfindən keçirilmiş forum, konfrans, seminar, vebinar, yarış və təlimlər, həmçinin beynəlxalq əməkdaşlığın gücləndirilməsi məqsədilə Türkiyə, Qazaxıstan, Moldova, Estoniya və Fransaya işgüzar səfərlərinin təşkil edildiyi bildirilib.
Maarifləndirmə və kadr potensialının gücləndirilməsi istiqamətində də mühüm nəticələrin əldə olunduğu qeyd edilib. Belə ki, il ərzində 20 seminar və vebinar, 30 təlim təşkil olunub və bu tədbirlər 4000-dən çox iştirakçını əhatə edib. Bununla yanaşı, təhsil müəssisələri ilə əməkdaşlığın genişləndirildiyi, BAAU-nun da daxil olduğu 20 ali təhsil müəssisəsində kiber klubların yaradılmasına və fəaliyyətinin dəstəklənməsinə töhfə verildiyi vurğulanıb.
Tədbirin yekununda AKTA-nın Ümumi Yığıncağın üzvləri, eləcə də tərəfdaş qurum və təşkilatların nümayəndələri 2026-cı il üçün planlaşdırılan fəaliyyətlərə dair müxtəlif rəy və təkliflər səsləndirilib, yeni təşəbbüslər irəli sürülüb.




