Xəbərlər

Universitetin tələbələri innovasiya və süni intellekt yönümlü nüfuzlu proqramlarda uğur əldə ediblər

Universitetin tələbələri innovasiya və süni intellekt yönümlü nüfuzlu proqramlarda uğur əldə ediblər
  • 04 Feb 2026

Bakı Avrasiya Universitetinin (BAAU) Regionşünaslıq və iqtisadiyyat fakültəsinin İnformasiya texnologiyaları ixtisasının III kurs tələbələri Quba Bəkirli və Rəhiməxanım Babayeva ölkənin aparıcı maliyyə və təhsil qurumları tərəfindən təşkil olunan innovasiya və süni intellekt yönümlü proqramlarda uğurla iştirak edərək əhəmiyyətli nailiyyətlər əldə ediblər.

Belə ki, tələbələr Birbank (Kapital Bank) tərəfindən təşkil olunan “Spark Tələbə İnnovasiya Proqramı” çərçivəsində keçirilən çoxmərhələli seçim prosesini müvəffəqiyyətlə tamamlayıblar. Yanvar ayı ərzində baş tutan seçim mərhələləri-ilkin qiymətləndirmə, biznes keys (tapşırıq) və müsahibə mərhələlərində uğur qazanan Quba Bəkirli və Rəhiməxanım Babayeva proqramın rəsmi iştirakçıları sırasında yer almaq hüququ əldə ediblər. Nəticədə, yanvar ayından etibarən seçilmiş komandalar sırasında proqramda iştirak edirlər.

Eyni zamanda, tələbələr PAŞA Bank və Div Academy-nin birgə təşəbbüsü ilə həyata keçirilən “AI for Good” Süni İntellekt Təlim Proqramına da qəbul olunublar. Yanvar ayında yekunlaşan seçim prosesi nəticəsində proqramın müəyyən etdiyi meyarları uğurla qarşılayan tələbələr rəsmi qəbul bildirişi alaraq proqramın qalibləri sırasında yer alıblar. Hazırda onlar süni intellekt alətləri və no-code texnologiyaları üzrə 3 aylıq intensiv təlim və mentorluq mərhələsində iştirak edirlər.

Qeyd olunan nailiyyətlər BAAU-da tələbələrin innovativ düşüncə tərzinin formalaşdırılması, praktiki bilik və bacarıqlarının inkişaf etdirilməsi istiqamətində yaradılmış müasir tədris mühitinin real nəticəsi olmaqla yanaşı, Universitetin tələbələrinin ölkə miqyaslı rəqabətədavamlı layihələrdə uğurla təmsil olunduğunu bir daha təsdiq edir.

Universitetin tələbələri innovasiya və süni intellekt yönümlü nüfuzlu proqramlarda uğur əldə ediblər

Digər Xəbərlər