Xəbərlər

Universitetin tərəfdaşlığı ilə keçirilən 16-cı Beynəlxalq Mardin Artuklu Elmi Araşdırmalar Konfransı uğurla baş tutub

Universitetin tərəfdaşlığı ilə keçirilən 16-cı Beynəlxalq Mardin Artuklu Elmi Araşdırmalar Konfransı uğurla baş tutub
  • 10 Feb 2026

Bakı Avrasiya Universitetinin (BAAU) tərəfdaşlığı ilə Türkiyənin Mardin şəhərində 16-cı Beynəlxalq Mardin Artuklu Elmi Araşdırmalar Konfransı keçirilib. Beynəlxalq elmi konfrans həm əyani, həm də onlayn formatda təşkil olunub. Onlayn sessiyalar Zoom platforması üzərindən yayımlanıb və iştirakçılara iclasları canlı izləmək imkanı verilib. 

Konfransın əsas məqsədi müxtəlif elm sahələri üzrə aparılan aktual tədqiqatların təqdim olunması, beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsi və akademik əlaqələrin möhkəmləndirilməsi olub. Konfrans çərçivəsində iştirakçılar müasir elmi problemlər, innovativ yanaşmalar və fənlərarası tədqiqat istiqamətləri üzrə məruzələrlə çıxış edərək geniş fikir mübadiləsi aparıblar.

Konfransın açılışında BAAU-nun prorektoru, professor Gülzar İbrahimova çıxış edərək universitetin beynəlxalq elmi əməkdaşlığa verdiyi önəmi vurğulayıb, bu kimi platformaların alim və tədqiqatçılar arasında təcrübə mübadiləsinin genişlənməsinə mühüm töhfə verdiyini qeyd edib.

Konfransda 28 ölkədən 262 məruzə ilə ümumilikdə 400-ə yaxın tədqiqatçı iştirak edib. Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.

Digər Xəbərlər