Xəbərlər

XXI əsr və tərcümə: cağırışlar və perspektivlər”adlı elmi seminar keçirilib

XXI əsr və tərcümə: cağırışlar və perspektivlər”adlı elmi seminar keçirilib
  • 21 Dec 2023

20 dekabr 2023-cü il tarixində Bakı Avrasiya Universitetinin Tərcümə kafedrasının əməkdaşlarının iştirakı ilə Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “XXI əsr və tərcümə: cağırışlar və perspektivlər”adlı elmi seminar keçirilib.

Seminarı giriş sözü ilə Tərcümə kafedrasının müdiri filologiya üzrə fəlsəfə doktoru dosent Sevda Rzayeva açaraq qloballaşma dövründə tərcümə sahəsinin zəruriliyini vurğulayıb. Daha sonra Elmi işlər üzrə prorektor professor Gülzar İbrahimova bu sahədə fəaliyyət göstərən mütəxəssislərin rolundan geniş söz açıb. Seminarda kafedranin əməkdaşları ilə yanaşı, digər ali təhsil müəssisələrinin nümayəndələri də çıxış ediblər. Tədbirdə tərcümə sahəsində yaranan dəyişikliklər, problemlər və inkişaflar barəsində fikir mübadiləsi aparılıb, bir-birindən maraqlı fikirlər səsləndirilib.

Digər Xəbərlər