- 20 Mar 2024
Bakı Avrasiya Universitetinin “Azərbaycan və dünya ədəbiyyatı” , “Nəzəri dilçilik və türk dilləri” , “Tərcümə” kafedralarının birgə təşkilatçılığı ilə
Qarabağ həftəsi çərçivəsində
15 aprel 2024-cü il tarixində keçiriləcək
“Qarabağ Azərbaycandır!” adlı
Respublika Tələbə Konfransı
15 aprel 2024-cü il, Bakı
Müraciət və qeydiyyat:
Konfransın təqvimi
• Xülasə təqdim etmək üçün son tarix: 03 aprel 2024-cü il
• Proqramın elanı: 09 aprel 2024-cü il
• Konfransın keçirilməsi: 15 aprel 2024-cü il
• Konfrans Bakı Avrasiya Universitetində keçiriləcəkdir
Tədqiqat sahələri/ Konfransın əhatə dairəsi
Konfransda aşağıdakı mövzular üzrə tədqiqatların nəticələrinin təqdim olunması nəzərdə tutulur:
Dilçilik istiqaməti üzrə
1. Azərbaycan dilinin inkişafında Qarabağ dialektinin yeri və rolu
2. Qarabağda adları təhrif edilmiş toponimlər
3. Qarabağ şairlərinin yaradıcılığının dil və üslub xüsusiyyətləri
4. Qarabağın onomastik leksikası
5. Qədim türk leksikasının Qarabağ dialektində izləri
6. Qarabağ əsilli Azərbaycan dilçiləri
7. Qarabağ şivələrində arxaik elementlər
8. “Qarabağnamə”lərdə söz birləşməsi, frazeoloji vahid və mürəkkəb sözlərin özəllikləri
9. Ceyhun bəy Hacıbəylinin “Qarabağın dialekt və folkloru” (Qafqaz Azərbaycanı) əsərinə baxış (“Journal Asiatigue” , I-V. 1933)
10. Qarabağda yer adlarımızı erməniləşdirmək cəhdi və onun qarşısının alınması
Ədəbiyyat istiqaməti üzrə
1. Qarabağda ədəbi proses
2. Qarabağın görkəmli ədib və şairləri
3. Şuşa ədəbi məclisləri
4. Qarabağ poeziyası klassik mərhələdə
5. “Qarabağnamə”lər və Azərbaycan ədəbiyyatı
6. Çağdaş ədəbiyyatda Qarabağ mövzusu
7. Xocalı soyqırımının ədəbi təzahürləri
8. Dünya filologiyasında Qarabağ probleminə münasibət
9. Qarabağ zəfəri və ədəbi proses
10. Qarabağ folkloru
Tərcümə istiqaməti üzrə
1. Qarabağ ədəbi mühitində tərcümə problemləri
2. Azərbaycan dastanlarının tərcüməsində qarşıya çıxan leksik-üslubi problemlər
3. Qarabağda yer-yurd adlarının transliterasiyası
4. Qarabağ incəsənət nümunələrinin təbliğində tərcümənin önəmi
5. Tərcümənin Qarabağ saxtakarlıqlarının aradan qaldırılmasında rolu
6. Qarabağ toponimlərinin tərcüməsi problemləri
7. Tərcümədə dialektoloji problemlər (Qarabağ dialekti kontekstində)
8. Qarabağ tarixinin tanıdılmasında tərcümənin rolu
9. Qarabağ ədiblərinin xarici dillərə tərcümə olunmuş əsərləri
10. Qarabağ incəsənət tarixinin tanıdılmasında tərcümənin rolu
Qeyd: Yuxarıda müəyyən edilmiş istiqamətlərə aid olmayan mövzular qəbul edilməyəcəkdir.
Xülasə yazı qaydaları:
Xülasə 250-300 söz arası 12 şrift 1,5 aralıqla Azərbaycan və ingilis dillərində göndərilməlidir. Xülasənin sonunda 5 açar söz göstərilməlidir.
Müraciət forması
- Word formatında yazılmış məqalə 03 aprel 2024-cü il tarixinədək
- [email protected] ünvanına göndərilməlidir
· Mətn qəbul edildikdən sonra qəbul məktubu göndəriləcək
· Konfrans 15 aprel 2024-cü il tarixində keçiriləcəkdir
Məruzə mətnləri aşağıdakı qaydada tərtib edilməlidir:
• MS Word redaktoru
• A4 formatı
• 12 ölçülü Times New Roman şrifti
• Sətirlərarası interval – 1,5
• Mətnin kənar boşluqları – 2 sm
Qeyd: Tərtibata və mövzuya uyğun olmayan, eləcə də konfransda iştirak etməyən müəlliflərin məruzə mətnlərinə konfrans materialında yer verilməyəcəkdir
Ünvan: AZ1110, Azərbaycan Respublikası, Bakı şəhəri, Ak. Həsən Əliyev küçəsi, 135 A
Tel: (+994 12) 564-63-67
E-mail: [email protected]