- 12 Feb 2026
Bakı Avrasiya Universitetinin (BAAU) Elm, innovasiya və doktorantura sektorunun təşkilatçılığı ilə “Gənc alimlərin və müəllim heyətinin elmi-tədqiqat fəaliyyətinin təkmilləşdirilməsi” mövzusunda vebinar keçiriləcək.
Vebinarın məqsədi gənc alimlərin tədqiqat işlərinin məhsuldarlığını artırmaq, tənqidi düşüncə, effektiv ünsiyyət bacarıqları və əməkdaşlıq mədəniyyətini inkişaf etdirmək üçün praktiki alətlər, strategiyalar və biliklərlə təmin etməkdir.
Vebinar çərçivəsində dissertasiyanın tərtibi qaydaları, ədəbiyyatların seçilməsi və işlənməsi, plagiat yoxlama proqramlarının əhəmiyyəti, həmçinin məqalə və tezislərin hazırlanma prinsipləri iştirakçıların diqqətinə çatdırılacaq.
Vebinarda çıxış edəcəklər:
1. Vüsalə Həsənova – BAAU-nun Elm, innovasiya və doktorantura sektorunun müdiri
2. Şəhla Quliyeva – AMEA Mərkəzi Elmi Kitabxanasının kitabxana xidməti üzrə direktor müavini
3. Fəridə Rzayeva – Antiplagiat proqramı üzrə mütəxəssis, Strike Plagializm - Biznesin inkişafı üzrə menecer
Tarix: 20 fevral 2026
Saat: 15:00
Platforma: Google Meet və qoşulmaq üçün link: https://meet.google.com/kfq-fzpx-kha
Vebinarda iştirak etmək istəyən şəxslər göstərilən vaxtda onlayn platformaya qoşula bilərlər.




