Elanlar

“Heydər Əliyev Zirvəsi” Beynəlxalq Elmi Araşdırmalar Konfransı

“Heydər Əliyev Zirvəsi” Beynəlxalq Elmi Araşdırmalar Konfransı
  • 24 Feb 2023

“Heydər Əliyev Zirvəsi”
Beynəlxalq Elmi Araşdırmalar Konfransı

5 may 2023-ci il, Bakı

Bakı Avrasiya Universiteti və İKSAD İnstitutu (Türkiyə)

(üz-üzə və onlayn iştirak)

Müraciət və qeydiyyat prosesi

 Konfrans təqvimi

• Xülasə (özət) təqdim etmək üçün son tarix: 15 aprel 2023 (xülasə və məqallə ilə qəbul edilir)

• Qeydiyyat: 15-20 aprel 2023

• Proqramın elanı: 24 aprel 2023

• Tam mətnin göndərilməsi üçün son tarix: 10-15 may 2023-ci il tarixləri arasında. (tam mətni təqdim etmək öhdəliyi yoxdur, yalnız xülasə ilə də iştirak edilə bilər)

• Konfrans materiallarının son nəşr tarixi: 30 may 2023-cü il

  Konfransda iştirak növü

• Onlayn iştirak və təqdimat: Zoom vasitəsilə həyata keçiriləcəkdir. Giriş parolu konfrans proqramında dərc olunacaqdır.

• Canlı üz-üzə iştirak və təqdimat Bakı Avrasiya Universitetində gerçəkləşəcək.

 Konfransın əhatə dairəsi və mövzuları

 Hörmətli alimlər, tədqiqatçılar, magistrantlar,

Fənlərarası akademik tədqiqatların bir-birinə müsbət təsiri birlikdə işləməyi zəruri edir. Multidissiplinar tədqiqatlar işi nəinki hissələrə bölüb asanlaşdırır, həm də yenilik və innovasiyaya təkan verən amil kimi önə çıxır. Sizi müxtəlif elm sahələrini birləşdirən araşdırmalarınızla konfransımızda iştirak etməyə dəvət edirik.

Tədqiqat sahələri/ Konfrans əhatə dairəsi

Sosial, humanitar və inzibati elmlər

Təhsil elmləri

Təbiət elmləri

Səhiyyə elmləri

Mühəndislik elmləri

Memarlıq, planlaşdırma və dizayn

Akkreditasiya

Konfransımız beynəlxalq akkreditasiyaya malikdir. 

Xülasə və yazı qaydaları:

Xülasə 250-400 söz arası 12 şrift 1 aralıq Azərbaycan, türk, ingilis, və rus dillərində.

Tam mətn ən azı 5 səhifə, 12 şrift 1 aralıq xülasə (özət) də daxil olmaqla Azərbaycan, türk, ingilis, və rus dillərində.

Müraciət forması

• Word formatında yazılmış xülasənizi 15 aprel 2023-cü il tarixinədək [email protected] ünvanına göndərə bilərsiniz.

• Xülasə qiymətləndirmə prosesi orta hesabla 2 gün çəkir. Hakimin qərarı (müsbət/mənfi/düzəliş) dərhal sizinlə paylaşılır.

• Xülasəniz qəbul edildikdən sonra sizə qəbul məktubu (pdf) göndəriləcək.

• Üz-üzə və onlayn iştirakla bağlı ətraflı məlumat aşağıda verilmişdir.

• Konfrans proqramı 24 aprel 2023-cü ildə dərc olunacaqdır. Zəhmət olmasa proqramda adınızı yoxlayarsınız.

• Təqdimatlar (onlayn və yaxud üz-üzə 5 may 2023-cü il tarixində keçiriləcəkdir. Sessiyalar mövzular və dil əsasında təşkil olunacaqdır.

• Onlayn təqdimatlarda iclas sədri/moderatoru olmaq istəyən iştirakçılar müraciətlərini 24 aprel 2023-cü il tarixinədək elektron poçt vasitəsi ilə bildirmələri lazımdır.

• Tam mətnlərinizi 10-15 may 2023-cü il tarixləri arasında [email protected] ünvanına göndərə bilərsiniz.

• İstinadlar və ədəbiyyatlar APA Stilində tərtib edilməlidir.

 Onlayn iştirak nələri əhatə edir?

Mövzuların təqdimatları

Konfrans kitabında tezislərin və tam mətnlərin nəşri

Bütün müəlliflər üçün ayrıca iştirak sertifikatı (onlayn iştirakçılar üçün PDF şəklində)

 Üz -üzə iştirak nələri əhatə edir?

Mövzuların təqdimatları

Konfrans kitabında tezislərin və tam mətnlərin nəşri (PDF)

Bütün müəlliflər üçün ayrıca iştirak sertifikatı (PDF şəklində)

Çay kofe

 KONFRANSIN NƏŞR İMKANLARI

Xülasə və tam mətnlər kitabda ISBN ilə çap olunacaqdır

Digər Elanlar