- 25 Apr 2024
Aprelin 25-də Bakı Avrasiya Universiteti və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin birgə təşkilatçılığı ilə “Yaşıl Dünya naminə həmrəylik ili” çərçivəsində “Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin yaşıl inkişaf imkanları” mövzusunda respublika konfransı keçirilmişdir. Konfransın açılış mərasimində BAAU-nun Elmi işlər üzrə prorektoru, siyasi elmlər doktoru, professor Gülzar İbrahimova iştirakçıları və qonaqları universitetin rektoru, professor Nazim Hüseynli adından və öz adından salamlayaraq konfransın keçirilməsinin məqsədləri barədə məlumat vermişdir. Sonra İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müavini iqtisad elmləri doktoru Ramil Hüseyn, UNEC-in İqtisadi Araşdırmalar Elmi-Tədqiqatlar İnstitunun direktoru, iqtisad elmləri doktoru, professor Yadulla Həsənli, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin şöbə müdiri, iqtisad elmləri doktoru Aqil Əsədov, UNEC-in Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin Doktorantura şöbəsinin müdiri, iqtisad elmləri namizədi İlqar Seyfullayev, “Azərenerji” ASC-nin “Azərbaycan Elmi Tədqiqat və Layihə Axtarış Energetika İnstitutu” MMC-nin Elmi katibi Ülviyyə Nəsibova, BAAU-nun “Regionşünaslıq və İqtisadiyyat” fakultəsinin dekanı Mütəllim Rəhimov, “İqtisadiyyat” kafedrasının müdiri İlhamə Aslanova çıxış edərək cəmiyyətdə yaşıl düşüncənin formalaşması və işğaldan azad edilmiş ərazilərdə yaşıl inkişaf imkanları haqqında öz fikirlərini bölüşmüşlər. Onlar mövzunun aktuallaığına diqqəti yönəldərək, konfransın həm də gələcək nəsillərin qarşısında məsuliyyət hissinin formalaşdırılması istiqamətində mühüm addım olduğunu qeyd etmişlər. Natiqlər çoxsaylı fakt və arqumentlərə söykənərək yaşıl iqtisadiyyatın formalaşmasının perspektiv nəticələri barədə də məlumat vermişlər.
Konfransda ümumilikdə 15-dən çox dövlət qurumundan, universitetlərdən, təşkilatlardan nümayəndələr iştirak etmişdir. Konfransda 60-dan çox məruzəçi 4 bölmə üzrə müxtəlif mövzularda, o cümlədən, “Azərbaycanın işğaldan azad edilmiş ərazilərində iqtisadi artımın “Yaşıl” amilinin qiymətləndirilməsi”, “Yaşıl maliyyə”: perspektivlər və məhdudiyyətlər”, “Dairəvi iqtisadiyyat və yaşıl gələcəyin yeni inkişaf modeli kimi”, “Yaşıl iqtisadiyyatın əsas prinsipləri və Azərbaycanda “Yaşıl biznes” və s. adlar altında öz məruzələrini təqdim etmişlər.